☾✫ New Azerbaijan Nehrem Media ☾✫

15 Eylül 2010 Çarşamba

''Nehrəm Qeyrətli İnsanlar Kəndidir'' H.Əliyev




H.Əliyev Nehrəm Kəndi haqqında
Naxçıvan böyük, dahi insanlar yetirmişdir. Naxçıvan torpağı doğrudan da çox qəribə bir torpaqdır. Amma Cəlil Məmmədquluzadənin doğulduğu bir kənd də var - Nehrəm kəndi. Orada doğulubdur, dünyaya gəlibdir. Bu kənd çox qəribə bir kənddir. Həqiqətən çox mövhumatcıl bir kənddir, dinə çox bağlı kənddir. Amma eyni zamanda, təsəvvür edin, Bu kənddə doğulmuş adam - onun atası Məmmədqulu kişi öz oğlunu Bu kənddən ayırır, Qori seminariyasına, bura, Naxçıvana oxumağa göndərir. Bu kənd qeyrətli insanlar kəndidir. Mən bu kəndi həmişə sevmişəm. Xatirimdədir, 40-cı illərdə mən Naxçıvanda yaşayanda Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanım burada idi, mən onunla dəfələrlə görüşürdüm. Mən gənc idim, onunla yaş fərqim böyük idi. Ancaq �əlil Məmmədquluzadəyə görə onu daha yaxından tanımaq, ö�rənmək üçün çalışırdım, görüşürdüm. � vaxt onunla görüşmək də asan deyildi. O, SSRİ-nin deputatı idi. Ancaq görüşürdüm.Bu kənd qəribə bir kənddir. Elə Cəlil Məmmədquluzadə kimi şəxsiyyəti dünyaya gətirdiyinə görə bu Nehrəm kəndi xüsusi hörmətə layiqdir. Amma təkcə ona görə yox. Orada həmişə çox qəhrəman insanlar yaşayıb. Oranın xüsusi mühiti var. Məlumdur ki, 1918-ci ildə erməni daşnakları Naxçıvana hücum edib naxçıvanlıları qıran zaman, Andronikin ordusu buradan keçən zaman Nəhrəmlilər onun dərsini vermişdilər. Nehrəm belə qəhrəman insanların kəndidir. Mən bunu bir daha öz həyatımda hiss etdim.1987-ci ildə mən Moskvada istefaya gedəndən sonra həyatımda çox ağır dövr başlandı. Bu dövrdə, məlumdur, mənim əlleyhimə nə qədər böhtanlar, yalanlar yaymağa çalışdılar. Məm Moskvada, təəssüflər olsun ki, Azərbaycanın özündə də. Bu ağır dövrü mən yaşadım. Ancaq Naxçıvan əhalisi, xüsusilə Nehrəmlilər o vaxt mənim arxamda möhkəm dururdular. Bir neçə faktlar var. Hamısını demək istəmirəm. Amma birini demək istəyirəm. Mənə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi və ona görə də o vaxtkı Sovet İttifaqının Ali Sovetinin qərarı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı alan şəxslərin sağlığında onların heykəli, büstü qoyulurdu. Bu qərar ilə Naxçıvanda mənim büstüm qoyulmuşdu.O vaxtlar, mənim əleyhimə işlər gedən zaman buradakı bəzi yaltaqlar, o cümlədən Bakıda xalqına xain olan insanlar Moskvaya yaltaqlıq etmək üçün deyirdilər ki, Heydər Əliyevin büstü dağıdılsın. Baxmayaraq ki, SSRİ-də heç bir yerdə qurulan büstlərin biri də dağıdılmadı, hamısı durur. Amma burada bu addımı atmaq istəmişdilər.Ermənilər bura hücum edən zaman, - məlumdur ki, Moskvada mənim hakimiyyətdən getməyimin səbəbkarlarından biri də erməni lobbisi oldu, ermənilər oldular, - ermənilərin gecə gəlib bu büstü dağıtmaq istəməsi təhlükəsi olmuşdu. Nehrəmlilər aylarla gecə-gündüz orada növbə çəkmişdilər və büstü qoruyub saxlamışdılar. İş onda deyil, o büstü dağıda da bilərdilər. Həyatdan o qədər incimişdim ki, mən sizə açıq deyirəm, xidmət etdiyim hakimiyyətdən, o partiyadan o qədər incimişdim ki, mənim üçün fərqi yox idi - büst var, yoxdur. Mən ümumiyyətlə, - sabah yaşayacağam, yaşamayacağam, - belə bir psixoloji vəziyyətdə idim. Mənim üçün bunun fərqi yox idi. Amma insanların sədaqətliliyinə, mərdliyinə baxın. Bunun əsas təşkilatçısı nehrəmlilər olmuşlar. Ona görə Mirzə Cəlil öz xalqına, millətinə nə qədər sədaqətli olduğu kimi, nehrəmlilər də həm Mirzə Cəlil irsinə, həm Azərbaycan xalqına, həm Azərbaycan dövlətinə və onların sevdiyi insanlara o qədər sədaqətlidirlər. Mən bu sözləri bu gün nehrəmlilərə böyük hörmət və ehtiram hissi ilə deyirəm.Bilirsiniz, mən xoşbəxt günlərimdən birini yaşayıram. Nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin ev muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbaycanın mötəbər adamları ilə bir yerdəyəm və bunu bir yerdə açırıq. Allah Mirzə Cəlilə rəhmət eləsin. Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır.



NEHRƏM kəndi Ümumi məlumat


NEHRƏM kəndi Naxçıvan MR-in ən böyük kəndlərindən biridir. Kəndin tarixi çox qədimdir. Kənd Araz çayının sol sahilində yerləşir. Əhalisinin sayı 2002-ci ilə görə 11784 nəfər təşkil edir. Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.


Nehrəm kəndinde üç orta, bir əsas, bir texniki peşə məktəbi, bir məktəblilər evi, musiqi məktəbi, dört kitabxana, klub, mədəniyyət evi, kənd sahə xəstəxanası, müstəqil doğum evi, poçt, rabitə şöbəsi, uşaq baxçası var. Altı məscid fəaliyyət göstərir. 4.3 km məsafədən kəndə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var. 1885-ci ilde Nehrəmdə ilk dünyəvi məktəb açılmışdır. C Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 - 10 iyul 1897)Nehrəm məktəbində müəllim və nəzarətçi işləmiş, yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cü ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdu. Yazıçı "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları"(1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış,mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. C. Məmmədquluzadə 1896-ci ildə bu kənddən olan Həlimə Nagı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Kənddəki İmamzadə piri qədim tarixə malikdir. Maarif xadimi Kərimbəy İsmayılov "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kafkaza" toplusunda dərc olunmuş yazısında Nehrəm kəndinin ərazisi,cografi şəraiti,iqlimi,fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, məşğuliyyəti adət-ənələri dini ayinləri bayramları və s. haqqında məlumat vermişdir.Bütün bunlarla yanaşı Nehrəm kəndi hər zaman haqqın və ədalətin tərəfdarı olmuşdur və kənd əhalisi öz sözünü deməkdən çəkinməmişdir.
























Hiç yorum yok: