

NEHRƏM kəndi Ümumi məlumat
NEHRƏM kəndi Naxçıvan MR-in ən böyük kəndlərindən biridir. Kəndin tarixi çox qədimdir. Kənd Araz çayının sol sahilində yerləşir. Əhalisinin sayı 2002-ci ilə görə 11784 nəfər təşkil edir. Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Nehrəm kəndinde üç orta, bir əsas, bir texniki peşə məktəbi, bir məktəblilər evi, musiqi məktəbi, dört kitabxana, klub, mədəniyyət evi, kənd sahə xəstəxanası, müstəqil doğum evi, poçt, rabitə şöbəsi, uşaq baxçası var. Altı məscid fəaliyyət göstərir. 4.3 km məsafədən kəndə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var. 1885-ci ilde Nehrəmdə ilk dünyəvi məktəb açılmışdır. C Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 - 10 iyul 1897)Nehrəm məktəbində müəllim və nəzarətçi işləmiş, yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cü ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdu. Yazıçı "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları"(1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış,mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. C. Məmmədquluzadə 1896-ci ildə bu kənddən olan Həlimə Nagı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Kənddəki İmamzadə piri qədim tarixə malikdir. Maarif xadimi Kərimbəy İsmayılov "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kafkaza" toplusunda dərc olunmuş yazısında Nehrəm kəndinin ərazisi,cografi şəraiti,iqlimi,fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, məşğuliyyəti adət-ənələri dini ayinləri bayramları və s. haqqında məlumat vermişdir.Bütün bunlarla yanaşı Nehrəm kəndi hər zaman haqqın və ədalətin tərəfdarı olmuşdur və kənd əhalisi öz sözünü deməkdən çəkinməmişdir.























