☾✫ New Azerbaijan Nehrem Media ☾✫

National Aviation Academy etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
National Aviation Academy etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Nisan 2010 Çarşamba

Milli Aviasiya Akademiyası National Aviation Academy




Milli Aviasiya Akademiyası   National Aviation Academy

Milli Aviasiya Akademiyası (MAA) — Azərbaycanın ali təhsil mərkəzlərindən biridir.


Yaranma tarixi

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Milli Qəhrəman Yavər Əliyevin adını daşıyır. Bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılmış və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilmişdir. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya Ali Təhsil Müəssisəsi" sertifikatına layiq görülmüşdür.

Əgər akademiyaya 1992-1993 tədris ili üçün iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik) 80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil olmuşdur. Hal-hazırda Akademiyada 807 tələbə təhsil alır. Onlardan 609 nəfəri əyani şöbədə, 198 nəfəri isə qiyabi şöbədə oxuyur.

Akademiyada 135 müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri elmlər namizədidir. Milli Aviasiya Akademiyasının 4 tədris korpusu, onlarla müasir səviyyəli, ixtisaslaşdırılmış auditoriya və laboratoriyaları vardır. Tədris prosesinin məzmunlu və keyfiyyətli keçməsi üçün auditoriyalar və kabinələr lazımi funksional trenajorlar, stendlər, maketlər və sxemlərlə təmin olunmuşdur. İngilis, Azərbaycan və rus dili kabinələri lazımi linqafon cihazları və kompüter texnikası ilə təchiz olunmuşdur. Kompüter texnikasının, əsas fənlər üzrə öyrədici və nəzarətedici proqramların tətbiqi yolu ilə akademiyada tədris prosesi müntəzəm olaraq təkmilləşdirilir. Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir. Kitabxananın fondu daim tələbata uyğun olan tədris ədəbiyyatları ilə zənginləşdirilir.


Fakültələr
Hava nəqliyyatının uçuş istismarı
Hava nəqliyyatının texniki istismarı
İqtisadiyyat və hüquq
İxtisasartırma
Qiyabi fakültə


İxtisaslar
Uçuş mühəndisliyi (mühəndis-pilot)
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (mühəndis-şturman)
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (radiomühəndis)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (mühəndis-sistemotexnik)
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (mühəndis-mexanik)
Cihazqayırma mühəndisliyi (mühəndis-elektrik)
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi (mühəndis-dispetçer)
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi (mühəndis-avianəqliyyat istehsalatının təşkilatçısı)
Ekologiya mühəndisliyi (mühəndis-ekoloq)
Hidrometeorologiya
Menecment (mühəndis-iqtisadçı)
Dünya iqtisadiyyatı (iqtisadçı)
Hüquqşünaslıq (hüquqşünas)

Kafedralar
Fizika-riyaziyyat fənləri
İngilis dili
Humanitar fənlər
Aviasiya psixofiziologiyası və bədən tərbiyəsi
Uçuş fənləri
Hava naviqasiyası və havada hərəkətin idarə edilməsi
Avtomatika və aviasiya cihazları
Aviasiya texnikasının konstruksiyası, istismarı və riyazi modelləşdirilməsi
Aviasiya xüsusi avadanlıqları
Aviasiya radiotexnikası və elektronikası
Mülki aviasiya iqtisadiyyatı
Avianəqliyyat istehsalatı
Hərbi kafedra

Akademiyada fəaliyyət göstərən tibb məntəqəsinin yüksəkixtisaslı həkimləri və köməkçi heyəti əməkdaşlara və tələbələrə lazımi səhiyyə xidməti göstərirlər. Akademiyada futbol və basketbol meydançaları, idman kompleksi vardır.

Akademiyanın I qrup ixtisaslarını seçmək istəyən abiturientlər yalnız test imtahanlarından əvvəl Akademiyada müvafiq müayinə və müsabiqələrdən müvəffəqiyyətlə keçməlidirlər.

Respublika Nazirlər Kabinetinin 14 oktyabr 1993-cü il tarixli 542 saylı qərarı ilə MAA-da hərbi kafedra açılmışdır. Kafedra xəttilə hərbi təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların yerüstü təminatı üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Milli Aviasiya Akademiyasının Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatına layiq görülməsi ona xüsusi əlavələr ilə təsdiq edilmiş nümunəvi proqramlar üzrə mütəxəssislər yetişdirməyə, onların peşə hazırlığının səviyyəsini xeyli yüksəltməyə imkan verəcəkdir.

Eyni zamanda Dövlətlərarası Aviasiya Komitəsinin sertifikatı akademiyaya yeni hüquqlar da verir. Akademiya M.İ.Lomonosov adına Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul Texniki Universiteti, Donetsk Dövlət Texniki Universiteti, Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti, Baltik Dövlət Texniki Universiteti, K. E. Siolkovski adına Moskva Aviasiya-Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutu, Təbriz Universiteti və başqa ali məktəblərlə sıx əlaqə saxlayır. Məzunların təyinatı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni məşğul olur. Ehtiyacı olan tələbələrə gündə 3 dəfə pulsuz yemək verilir. Tələbələr müasir tələblərə cavab verən mənzil tipli yataqxana ilə təmin olunur.