☾✫ New Azerbaijan Nehrem Media ☾✫

Qarakilsə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qarakilsə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Ekim 2010 Pazartesi

Sisian Qarakilsə Սիսիան























Azerbaijan Area

Sisian Qarakilsə Սիսիան

 

Qarakilsə - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon.

 

Tarixi

 

Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisiyan rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisiyan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir.

 

Coğrafi mövqeyi

 

Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.

 

İri yaşayış məntəqələri

 

Qarakilsənin 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağüdü, Bağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəgird, Şəki.

 

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı                  İndiki adı            Dəyişdirilmə tarixi

Alılı           Salavard            03.01.1935

Şıxlar     Qızılşəfəq           02.03.1940

Qarakilsə             Sisiyan  02.03.1940

Şenadağ              Lernaşan             02.03.1940

Məliklər               Spandaryan       04.05.1930

Dərəbas              Darbas  10.09.1946

Saybalı     Sarnakuk          10.09.1946

Məzrə     Bartsravan       10.09.1946

Ağkənd                    Aşotavan        17.04.1948

Ərəfsə     Arevis               03.07.1968

Təzəkənd           Tasik      03.07.1968

Urud     Varotan               03.07.1968

Maddi-mədəni irsi

 

Qarakilsə bölgəsinin çox böyük tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz tarixlərini daha qədimə aparmaq üçün istifadə edirlər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəlləri bütün dünyaya "ermənilərin daş dövrü abidəsi" kimi təqdim olunur. Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı qəbristanlıqlarda orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılmış daş qoç və qoyun heykəllərini daşıyaraq İrəvan şəhərinə aparmış, onların üstündə həkk edilmiş - Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdirmişlər. Qarakilisə rayonunun Urud kəndindən aparılmış qoç heykəllərin aqibəti də bu cür olmuşdur.

 

Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgə - Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş karvansaranı, Qaraqoyunlu dövlətində çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələrini qeyd etmək olar.

 

Azərbaycanın sözügedən bölgəsində çoxlu sayda müqədəs inanc obyektləri olmuşdur. XX əsrin əvvəlində Zəngəzur və İrəvan quberniyasında 391 məscid fəaliyyət göstərirdi.

 

Eramızdan əvvəl V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxan-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim saray, qala və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur. Kompleks antropoloji-arxeoloji tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri də bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.