☾✫ New Azerbaijan Nehrem Media ☾✫

Լեհվազ մասին etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Լեհվազ մասին etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Ekim 2010 Pazar

Azerbaijan Village Lehvaz

Armenian occupied Lehvaz

My Village Lehvaz

MY Land Lehvaz

Իմ հայրենիք

Lehvaz Легваз Լեհվազ


Lehvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.158) qeyd edilmişdir.

Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz (415, s.68). Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.

Kənddə 1831-ci ildə 15 nəfər, 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904 - cü ildə 525 nəfər, 1914 - cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 142-143). 1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər (415, s.68-69, 142-143), 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim Strabonun «Coğrafiya» əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə (24, s.18) türk dilində «sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ» mənasında işlənən bayz//bays (vaz -İ.B.) sözündən (339, s.65) əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı formasında da (253, s.120) işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.













Everything will return to.!!!