☾✫ New Azerbaijan Nehrem Media ☾✫

Azərbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Azərbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Ekim 2010 Pazar

Azerbaijan Village Lehvaz

Armenian occupied Lehvaz

My Village Lehvaz

MY Land Lehvaz

Իմ հայրենիք

Lehvaz Легваз Լեհվազ


Lehvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.158) qeyd edilmişdir.

Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz (415, s.68). Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.

Kənddə 1831-ci ildə 15 nəfər, 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904 - cü ildə 525 nəfər, 1914 - cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 142-143). 1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur (309, s.206). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər (415, s.68-69, 142-143), 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim Strabonun «Coğrafiya» əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə (24, s.18) türk dilində «sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ» mənasında işlənən bayz//bays (vaz -İ.B.) sözündən (339, s.65) əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı formasında da (253, s.120) işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.













Everything will return to.!!!

13 Temmuz 2010 Salı

AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ MƏLUMAT




AZƏRBAYCAN RESPUBLİKASI
ÜMUMİ MƏLUMAT
Azərbaycan Respublikasının yarandığı tarix 28 may 1918
Müstəqillik günü 18 oktyabr 1991
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşulduğu gün 30 yanvar 1992
Birləşmiş Millətlər Təşkilatına daxil olduğu gün 2 mart 1992
Müstəqil Dövlətlər Birliyinə daxil olduğu gün 19 sentyabr 1995
Avropa Şurasına daxil olduğu gün 17 yanvar 2001
Ərazi, min kv.km 86.6
Əhalinin sayı, min nəfər (2010-cu ilin əvvəlinə) 8997.4
1 km 2_ə düşən əhalinin sıxlığı, nəfər 103.9
Paytaxtı Bakı
Dövlət dili Azərbaycan
Pul vahidi manat
Manatın ABŞ dollarına kursu (31.12.2009-cu il) 0.8031
İnzibati ərazi vahidlərinin sayı:
Muxtar Respublika 1
Rayonlar 66
Şəhərlər 77
Şəhər rayonları 13
Qəsəbələr 258
Kənd ərazi dairələri 1704
Kənd yaşayış məntəqələri 4257
Coğrafi məlumatlar
Ərazisi
86,6 min km2 (12% meşələr, 1,7% su hövzəsi, 54,9% yararlı torpaqlar, o cümlədən 30,8 % otlaq və biçənəklər,
31,4 % sair torpaqlar). Ölkə 440 və 520 şərq uzunluq dairəsi, 380 və 420 şimal en dairəsində, Bakı 400 paralel üzərindədir. Qonşuları
Dövlət sərhədləri
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km
Ən böyük göllər, km2
Sarısu - 67,0
Ağgöl - 56,2
Ağzıbirçala - 37,0
Mehman - 35,0
Böyükşor - 9,2
Hacıqabul - 8,4
Dünyada ən böyük göl – Xəzər dənizi sahəsi 400000 km2, dərinliyi-1025 m Xəzər dənizinin Azərbaycan sektorun-da ən enli sahəsinin uzunluğu 456 km
Ən böyük adalar km2
Pirallahı - 14,4
Çilov - 11,5
Xərə-Zirə - 3,5
Böyük-Zirə - 1,4
Ən böyük çaylar km
Kür - 1515
Araz - 1072
Qanıx (Alazan) - 413
Qabırrı (İori )- 389
Samur - 216 Tərtər - 200
Ən yüksək dağ zirvəsi
Bazardüzü - 4466 m

Siyasi quruluş
Dövlət rəhbəri: Prezident.
O, ümumi gizli səsvermə yolu ilə 5 ildən bir seçilir. 2008-ci il oktyabrın 15-də Ilham Heydər oğlu Əliyev 3 232 259 nəfərin və ya səsvermədə iştirak edənlərin 88,73 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 6 noyabr 2005-ci ildə Üçüncü Çağırış Azərbaycan Respublikasinin Milli Məclisinə seçkilər keçirilmişdir.
Siyasi partiyalar və ictimai təşkilatlar
Azərbaycanda siyasi partiyalar
onlardan:
Yeni Azərbaycan partiyası Kəndli partiyası
Müsavat partiyası Demoktarik Sahibkarlar partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası Kommunist partiyası
Milli İstiqlal partiyası Vətəndaş Həmrəyliyi partiyası
Azərbaycan Demokrat partiyasi Azərbaycan Liberal partiyası
Ədalət partiyası Azərbaycan Sosial Rifah partiyası
Ana Vətən partiyası Yurddaş partiyası
Sosial-Demokrat partiyası Sair

Əsas sosial-iqtisadi göstəricilər 1) (milyon manat)
2000 2005 2006 2007 2008 2009
Əhalinin sayı (ilin sonuna), min nəfər 8 114,3 8 553,0 8 665,9 8 779,8 8 896,9 8 997,4
Ümumi daxili məhsul 4 718,1 12 522,5 18 746,2 28 360,5 40 137,2 34 578,7
Sənaye məhsullarının ümumi həcmi 3 639,5 9 290,5 15 509,4 22 441,4 29 697,6 22 203,7
Əsas kapitala yönəldilmiş vəsaitlər 967,8 5 769,9 6 234,5 7 471,2 9 944,2 7 365,0
Kənd təsərrüfatı, meşəçilik, balıgçılıq və ovçuluq məhsullarının ümumi həcmi 1 072,6 1 752,1 1 991,5 2 793,0 3 333,2 3 466,7
Nəqliyyat sektorunda yük dövriyyəsi, mlyn. ton-km 15 948 26 534 43 294 78 007 88 607 97 704
Pərakəndə əmtəə dövriyyəsi 2 119,9 4 622,2 5 760,3 7 591,4 10 876,0 11 828,5
Əhaliyə göstərilən pullu xidmətlər 477,2 960,7 1 400,7 2 348,3 3 393,0 4 088,2
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ dolları 2 917,3 8 558,4 11 638,9 11 771,7 54 925,5 20 818,2
o cümlədən:
ixrac 1 745,2 4 347,2 6 372,2 6 058,2 4 7756,0 14 698,5
idxal 1 172,1 4 211,2 5 266,7 5 713,5 7 169,5 6 119,7
Dövlət büdcəsinin gəlirləri 714,6 2 055,2 3 868,8 6 006,6 10 762,7 10 325,9
Dövlət büdcəsinin xərcləri 764,0 2 140,7 3 790,1 6 086,2 10 774,2 10 567,9
Əhalinin gəlirləri 4 047,3 8 063,6 10 198,5 14 558,2 20 735,4 22 396,1
Adambaşına düşən gəlirlər, manat 508,9 962,2 1 201,3 1 692,2 2 378,3 2 537,2
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı, manat 44,3 123,6 149,0 215,8 274,4 298,0
İşsiz statusu verilmiş şəxslərin sayı, nəfər 43 739 56 343 53 862 50 651 44 481 41 100
İstehlak mallarının qiyməti və xidmət tarifləri:
əvvəlki ilə nisbətən, % 101,8 109,6 108,3 116,7 120,8 101,5
Sənaye məhsullarının istehsalçı qiymətləri 127,4 118,9 117,7 108,0 111,6 80,8


Əsas sosial-iqtisadi göstəricilər (əvvəlki ilə nisbətən, faizlə)
2001 2005 2006 2007 2008 2009
Əhalinin sayı (ilin sonuna) 100,95 101,3 101,3 101,3 101,3 101,1
Ümumi daxili məhsul 109,9 126,4 134,5 125,0 110,8 109,3
Sənaye məhsullarının ümumi həcmi 105,1 133,5 136,6 124,0 106,0 108,6
Əsas kapitala yönəl-dilmiş vəsaitlər 121,0 116,6 115,2 123,8 131,8 81,3
Kənd təsərrüfatı, meşəçilik, balıgçılıq və ovçuluq məhsullarının ümumi həcmi 111,1 107,5 100,9 104,0 106,1 103,5
Nəqliyyat sektorunda yük dövriyyəsi 115,7 114,0 163,2 180,2 113,6 110,3
Pərakəndə əmtəə dövriyyəsi 109,9 113,2 113,5 115,3 116,1 108,9
Əhaliyə göstərilən pullu xidmətlər 105,6 126,1 142,1 133,8 129,7 112,5
Xarici ticarət dövriyyəsi 128,4 120,0 136,0 101,1 466,6 х
o cümlədən:
ixrac 132,6 120,2 146,6 95,1 788,3 x
idxal 122,1 119,8 125,1 108,5 125,5 85,4
Dövlət büdcəsinin gəlirləri 109,8 136,2 188,2 155,3 179,2 95,9
Dövlət büdcəsinin xərcləri 105,7 142,5 177,0 160,6 177,0 98,1
Əhalinin gəlirləri 106,3 122,3 126,5 142,7 142,4 108,0
Adambaşına düşən gəlirlər 105,2 120,8 124,8 140,9 140,5 106,7
Bir işçiyə hesab-lanmış nominal orta aylıq əmək haqqı 117,3 124,3 120,6 144,8 127,2 108,6
İşsiz statusu verilmiş şəxslərin sayı 110,8 100,7 95,6 94,0 87,8 92,4


13
MİLLİ SƏRVƏT
Ayrı-ayrı qeyri-maliyyə aktivlərinin dəyəri (ilin sonuna, milyon manat)
İllər
Əsas fondlar
Qeyri-maddi aktivlər
Məlumat üçün:
ev təsərrüfatlarında istifadə olunan uzun müddətli istehlak malları
(əhalinin ev əmlakı)
2000
18 139,7
21,8
1 556,4
2001
20 959,7
24,2
1 878,4
2002
22 314,5
37,3
2 365,3
2003
25 412,4
75,2
2 836,9
2004
29 045,7
105,6
3 430,5
2005
33 939,3
102,7
4 166,6
2006
40 641,2
133,5
5 237,2
2007
50 183,0
149,7
6 873,9
2008
54 735,8
152,5
9 575,1
Əsas fondların təzələnməsi və sıradan çıxması əmsalı
Göstəricilər
2000
2005
2006
2007
2008
Təzələnmə əmsalı (ilin axırı üçün mövcud olmuş əsas fondlarına görə onların (mal-qaradan başqa) istifadəyə verilməsi, faizlə
4,9
14,5
14,1
12,2
11,3
Sıradan çıxma əmsalı (ilin əvvəli üçün mövcud olmuş əsas fondlarına görə onların (mal-qaradan başqa) sıradan çıxması, faizlə
0,8
1,0
0,7
0,7
0,9

21 Nisan 2010 Çarşamba

Azərbaycan Dövlət İqtisad Universiteti.Azerbaijan State Economical University


Просмотреть увеличенную карту





Azərbaycan Dövlət İqtisad Universiteti.Azerbaijan State Economical University


Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) — Azərbaycanın ali təhsil mərkəzlərindən biridir.

Yaranma tarixi

Azərbaycan Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.

1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.

1933-cü il yanvarın 2-də Azərbaycan rəhbərliyinin qərarı ilə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist uçotu, Sovet hüququ, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.

1936-cı il dekabrın 30-da Azərbaycan Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.

1941-ci ildə SSRİ ilə Almaniya arasında müharibə başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi mövcud olub.

1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yanvarın 1-dən fərdi qaydada-heç bir ali məktəbə tabe olmadan işə başlayıb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun belə müstəqil fəaliyyəti 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.

1966-cı ilin fevral ayında Universitetin müstəqil fəaliyyəti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ixtiyarına verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.

1987-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı bazasında yeni Azərbaycan Dövlət İnstitutu yaradılıb. Bu adla ali təhsil ocağı 2000-ci ilədək mövcud olub.

Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.


Müxtəlif illərdə Universitetə rəhbərlik edənlər

2-ci binası
İsmayılov Mehdi bəy (1930-1934)
Qayıbov Rəşid Qeybulla oğlu (1934-1937)
Quliyev Məcid Yusif oğlu (1937)
Hüseynov Həbib Hüseyn oğlu (1937-1939)
Həşimzadə Bilqeys Əhməd qızı (1939-1941)
Əfəndiyev (1941)
Fərəcov Əliqulu Səttar oğlu (1945-1959)
Aslanlı Sərvər Rza oğlu (1966-1973)
Ələkbərov Zeynal Məmməd oğlu (1973-1986)
Quliyev Rahib İsmayıl oğlu (1989-1992)
Həsənov Həsən Allahyar oğlu (1992-1994)
Qarayev İslam Şamil oğlu (rektor əvəzi) (1994-2000)
Abbasov Əli Məhəmməd oğlu (2000-2004)
Universitetə 3 noyabr 2004-cü il tarixindən etibarən Hacıyev Şəmsəddin Hümmət oğlu rəhbərlik edir.

Elmi potensialı

Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.

Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.

Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad Universitetində öyrədilən ixtisaslar bunlardır:

4-cü binası
İqtisadiyyat,
Biznesin idarə edilməsi,
Dünya iqtisadiyyatı,
Statistika,
Kommersiya,
Mühasibat uçotu və audit,
Sənayenin təşkili və idarə olunması,
Menecment,
Maliyyə,
Dövlət və bələdiyyə idarəetməsi,
Marketinq,
Turizm və otelçilik,
İstehlak mallarının ekspertizası və marketinqi,
Dizayn,
Beynəlxalq münasibətlər
və s.

Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi var.

Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.

Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.

1. ADİU-nun Dərbənd filialı